174
Dünya 23 may — 11:33

Ermənistanda 24 saatda 374 yeni yoluxma

Ermənistanda son sutkada daha 374 nəfərdə koronavirus aşkarlanıb və infeksiyaya yoluxanların ümumi sayı 6302 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, son 24 saatda daha 3 nəfər ölüb və pandemiyadan həyatını itirənlərin ümumi sayı 77 nəfərə yüksəlib.

İndiyə qədər 2936 xəstə sağalıb.

Xəbərlər