190
Dünya 23 may — 02:00

Rusiyada deputat koronavirusdan sağaldı

Rusiya Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina koronavirusa qalib gəlib.

Bu barədə o, İnstaqram səhifəsində yazıb.

“Covid-19 testiminin neqativ nəticəsi və antitellərimlə birgə sevdiklərimə, əzizlərimə, yaxınlarıma və dostlarıma tələsirəm”, - deyə Puşkina qeyd edib. O, sağalmasında əməyi olan həkimlərinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Oksana Puşkina xəstəliyə simptomsuz yoluxmuşdu. Kompyuter tomoqrafiyası zamanı onun ciyərlərində dəyişiklik müşahidə olunmuşdu.

Xəbərlər