139
Dünya 22 may — 23:31

Türkiyədə koronavirusa daha 952 yoluxma

Bu gün Türkiyədə koronavirusdan 27 nəfər ölüb.

Virtualaz.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 276 nəfərə çatıb.

Nazirin sözlərinə görə, koronavirusa daha 952 yoluxma qeydə alınıb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 154 500 nəfərə çatıb.

Eyni zamanda son gün ərzində 1 121 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da virusdan sağalanların ümumi sayı 116 111 nəfər təşkil edir.

Xəbərlər