159
Dünya 22 may — 20:10

Moldova parlamentinin deputatları karantinə alındı

Moldovada parlamentin bütün deputatları koronavirusla əlaqədar karantinə alınıb.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Millət vəkillərinin hamısı öz hesabına COVID-19 testindən keçməlidir.

Qeyd edək ki, bir gün əvvəl Moldova Demokrat Partiyasından deputat Yevgeni Nikiforçuk koronavirusa yoluxduğunu elan edib. Buna qədər isə o, 15 parlamentarinin olduğu fraksiya iclasında iştirak edib.

Xəbərlər