597
Dünya 10 aprel — 20:38

Bu ölkədə 100-ə yaxın sakin yenidən koronavirusa yoluxdu

Cənubi Koreyada 91 sakin müalicədən sonra yenidən koronavirusa yoluxub.

Bu barədə “Yonhap” agentliyi xəbər yayıb.

Məlumata görə, sakinlər sağaldıqdan sonra karantində saxlanılıblar, sonra həkimlər onların orqanizmində virusun olub-olmadığını yenidən yoxlayıblar. Testlərin cavabı müsbət çıxıb.

Elm adamları bununla bağlı yeni araşdırmalara başlayıblar. Onlar bu vəziyyətdə başqasını yoluxdurmağın nə dərəcədə mümkün olduğunu müəyyənləşdirmək istəyirlər.

Son məlumatlara görə, Cənubi Koreyada 10 450 yoluxma halı qeydə alınıb. Xəstələnənlərdən 208-i ölüb, 7 117 nəfəri isə sağalıb.

Xəbərlər