189
Dünya 10 aprel — 18:16

Tacikistan əcnəbilərə sərhədlərini bağladı

Tacikistan hökuməti əcnəbilərin ölkəyə giriş-çıxışının müvəqqəti olaraq bağlanması barədə qərra qəbul edib.

Virtualaz.org xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təcili tədbirlər həyata keçirmək məqsədilə Tacikistan Respublikasının bütün sərhəd-keçid məntəqələri xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışı üçün müvəqqəti olaraq bağlanılıb”, - məlumatda qeyd olunub.

Sözügedən qərar xarici ölkələrin diplomatlar, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, eləcə də onların Tacikistandakı ailələrinə şamil olunmayacaq.

Xəbərlər