177
Dünya 9 aprel — 22:04

Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü keçdi

Türkiyədə son sutka ərzində koronavirusdan daha 96 nəfər dünyasını dəyişib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 4056 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 908-ə, yoluxanların sayı isə 42282 nəfərə çatıb.

F.Koca onu da vurğulayıb ki, bu gün daha 296 pasiyent sağalıb və indi onların ümumi sayı 2 142 nəfərdir.

Xəbərlər