174
Dünya 8 aprel — 21:30

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı

İngiltərədə daha 828 nəfər koronavirusun qurbanı olub.

Virtualaz.org xəbər verir ki, İngiltərədə virus qurbanlarının sayı 6 483-ə çatıb.

Məlumata görə, yeni ölüm hallarının əksəriyyəti Londonda qeydə alınıb – 201 nəfər.

Daha öncə Şotlandiyada ölənlərin sayı 366-ya, Uelsdə 245-ə, Şimali İrlandiyada isə 78-ə çatdığı açıqlanmışdı.

Beləliklə, Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 7 172 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 450 000-i ötüb. Bunların 309 318 nəfəri sağalıb, 83 466 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər