575
Dünya 5 aprel — 19:22

COVİD-19: Almaniyada yoluxma rekord həddə çatdı

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 342 nəfərə çatıb.

Bu barədə RİA Novosti xəbər yayıb.

Bildirilir ki, ölkədə ümumilikdə 91 714 nəfər koronavirusa yoluxub. Son gün ərzində COVID-19-a 5 936 yeni yoluxma qeydə alınıb, 84 nəfər epidemiyanın qurbanı olub.

Ölkədə yeni virusa daha çox yoluxma Bavariyada (23 846) qeydə alınıb. Siyahıda həmçinin Şimali Reyn-Vestfaliyanın (18 735), Baden-Vürtemberqin (18 614) də adları var. Paytaxt Berlində 3 613 nəfər koronavirus daşıyıcısı qeydə alınıb.

Xəbərlər