207
Dünya 5 aprel — 14:38

İranda koronavirusdan ölənlərin sayı 3600-ü ötdü

İranda son bir gündə koronavirusdan daha 151 nəfər ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3603-ə çatıb.

Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur qeyd edib ki, ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb: “Bu məlumatları nəzərə alsaq, virusa yoluxanların sayı 58 226-a qədər artıb".

K.Cahanpur onu da deyib ki, virusa yoluxmuş 22 011 xəstə sağalıb.

Xəbərlər