227
Dünya 31 mart — 13:27

ABŞ ordusunda koronavirusdan ilk ölüm faktı

ABŞ Müdafiə Nazirliyi orduda COVID-19 virusundan ilk ölüm faktının qeydə alınması barədə məlumat yayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, ölən əsgər Nyu-Çersidə yerləşən Milli Qvardiyada xidmət edib.

Rəsmi Pentaqonun son məlumatına görə, ABŞ ordusunda 568 hərbçi koronavirusa yoluxub.

Xəbərlər