438
Dünya 30 mart — 23:44

Türkiyədə koronavirusa yoluxanların sayı 10 820-ni keçdi

Bu gün Türkiyədə 37 nəfər koronavirusdan dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyədə ölənlərin sayı 168 nəfərə çatıb.

Bundan başqa, son sutka ərzində 1610 nəfərdə koronavirus aşkarlanıb, bununla da COVİD-19-a yoluxanların sayı 10 min 827 nəfər olub.

Xəbərlər