735
Dünya 30 mart — 22:50

Gürcüstanda komendant saatı tətbiq olunacaq

Sabahdan Gürcüstanın bütün ərazisində komendant saatı tətbiq olunacaq.

Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saat 21:00-dan saat 06:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

“Report” xatırladır ki, qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət qüvvədədir. Sabahdan ölkədə ümumi karantin rejimi tətbiq olunacaq.

Xəbərlər