415
Dünya 30 mart — 16:18

Türkiyə İraqda PKK-nın ən yüksək rütbəli qadın terrorçusunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı İraqın şimalında, Qəndil dağı ərazidə PKK-ya qarşı növbəti əməliyyat keçiriblər.

Virtualaz.org "Anadolu"ya istinadən bildirir ki, əməliyyat zamanı terror təşkilatının əsas üzvlərindən olan Nazifə Bilen zərərsizləşdirilib.

Qeyd olunur ki, terrorçu Türkiyə aviasiyasının dəqiq zərbəsi ilə məhv edilib.

Məlumata görə, N.Bilen bu günə qədər PKK-nın qadınlar arasında zərərsizləşdirilən ən yüksək rütbəli terrorçusudur.

Xəbərlər