249
Dünya 30 mart — 14:32

Daha bir erməni əsgəri koronavirusa yoluxdu

Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi koronavirusa yoluxub. Beləliklə, Ermənistan ordusunda infeksiyaya yoluxanların sayı altı nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb.

Xatırladaq ki, ötən həftə Ermənistan hərbi idarəsi ölkənin silahlı qüvvələrində 5 koronavirusa yoluxma halı barədə məlumat vermişdi.

Virtualaz.org

Xəbərlər