303
Dünya 30 mart — 18:44

Ermənistanda virusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 480 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, son sutka ərzində daha 58 nəfərdə virus aşkarlanıb.

Nazir, həmçinin əlavə edib ki, virusa yoluxan şəxslərdən 25-i karantində olanlardır.

Qeyd edək ki, Ermənistanda bu günə qədər 3 nəfər koronavirusdan ölüb.

Xəbərlər