1025
Dünya 30 mart — 12:31

Türkiyədə məzarlıqda naməlum çığırtı, əraziyə polis cəlb olundu

Türkiyənin Adıyaman ərazisindəki Karapınar məhəlləsində məzarlıqdan gələn çığırtı səsləri məhəlləni ayağa qaldırıb.

Virtualaz.org “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

Məzarlıqda qadın çığırtısı eşidən sakinlər qorxu və təlaş içərisində polisə müraciət ediblər. Təcili əraziyə xeyli sayda polis əməkdaşı ezam olunub. Silahlı polislər ərazini axtarıb, tabutların qapaqlarını qaldıraraq baxıblar. Ələk-vələk edilən məzarlıqda hər hansı şübhəli vəziyyət müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər