214
Dünya 30 mart — 13:10

Koronavirusun dərmanı 7 ölkədə 300 xəstə üzərində test edilir

"Sanofi" və "Regeneron Pharmaceuticals" adlı dərman şirkətləri yeni növ koronavirusa qarşı hazırlanan vaksinin insanlar üzərində sınağına başlayıb.

Virtualaz.org “Reuters”ə istinadən bildirir ki, COVİD-19 üçün hazırlanan "Kezvara" adlı dərmanın yenilənmiş forması dünyanın 7 ölkəsində 300 insan üzərində sınaqdan keçirilir.

Məlumata görə, dərman ötən həftə ABŞ-dakı xəstələr üzərində test edilib. İmmun sisteminə müsbət təsir göstərən dərman İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyadakı xəstələr üzərində də sınaqdan keçiriləcək.

Xəbərlər