334
Dünya 29 mart — 19:44

Ermənistanda Səhiyyə Nazirliyinin 14 işçisi koronavirusa yoluxdu

Ermənistan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin 14 əməkdaşı COVID-19 virusuna yoluxub.

Virtualaz.org xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Alina Nikoqosyan “Facebook” səhifəsində açıqlama verib.

Qeyd edək ki, son məlumata görə 424 yoluxma halının üzə çıxarıldığı, 3 nəfərin də öldüyü Ermənistanda koronavirusla bağlı martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Üstəlik, martın 25-dən 31-dək strateji əhəmiyyətli obyektlər istisna olmaqla, bütün müəssisələrin fəaliyyəti dayandırılıb, vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər qoyulub.

Xəbərlər