991
Dünya 29 mart — 18:50

Çində koronavirus epidemiyasının sona çatdığı elan olundu

Çində koronavirus epidemiyası sona çatıb.

Bunu ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen brifinq zamanı elan edib.

O bildirib ki, martın 29-na olan vəziyyətə görə, koronavirusa yoluxanların sayı 3 min nəfərdən az olub.

Qeyd edək ki, bu günədək Çində 81 mindən çox şəxs koronavirusa yoluxub, 3 300 nəfər ölüb. Ötən gün yalnız 45 yeni yoluxma qeydə alınıb ki, onların hamısının ölkə xaricindən gəldiyi deyilir.

Çində 75 mindən çox koronavirus xəstəsi sağalıb, müalicəsini davam etdirənlərin sayı 2 691 nəfər təşkil edir.

Xəbərlər