416
Dünya 29 mart — 14:30

Koronavirus: ABŞ yoluxanların sayına görə, İtaliya isə ölənlərin sayına görə hamını keçib

Bazar günü səhər saatlarına olan məlumatlara əsasən, dünyada koronavirusa yoluxduqları təsdiq olunmuş insanların sayı 665231 nəfərə çatıb, onlardan 142467 nəfər sağalıb, 30900 nəfər isə ölüb.

Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?

ABŞ

ABŞ-da koronavirusdan ölənlərin sayı son iki gün ərzində iki dəfədən də çox artaraq 2000 göstəricisini keçib. Martın 29-u səhər saatlarına olan son məlumatlara görə, koronavirusdan ölənlərin sayı 2229 nəfərə çatıb.

ABŞ-da koronavirusa yoluxanların sayı dünyada hər hansı ölkədə olduğundan daha çoxdur - bazar günün səhər saatlarına olan son məlumatlara əsasən, 123776 insan Covid-19 virusuna yoluxub.

Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya (92472) və Çini (81439) keçib.

Prezident Donald Trump bundan öncə amerikalıların "tez bir zamanda" işə qayıdacağını bildirmişdi.

İtaliya

Hazırda ən çox ölüm sayı (10023 nəfər) İtaliyadadır.

Burada COVID-19 koronavirusuna yoluxan insanların sayı 92472 nəfər təşkil edib.

Çin

Koronavirus epidemiyasının beşiyi Çinin Uhan şəhəri sayılsa da, hazırda bu ölkə Covid-19 virusuna yoluxanların ümumi sayına görə dünyada üçüncü yerə düşüb: Çində Covid-19-a yoluxanların sayı son məlumatlara əsasən, 81439 nəfər, bu virusdan ölənlərin sayı isə 3300 nəfər təşkil edir.

İspaniya

İspaniya aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada dördüncü yerdədir - burada son məlumatlara görə, 73235 nəfər Covid-19-a yoluxub.

Lakin virusdan ölənlərin sayına görə ölkə ölkə İtaliyadan sonra ikinci yerdədir: İpaniyada Covid-19-dan ölənlərin sayı 5982 nəfərə çatıb.

Almaniya

Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniyada koronavirusa yoluxanların sayı 57695, ölənlərin sayı isə 433 nəfər təşkil edib.

Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.

Almaniya kansleri Angela Merkel bazar günündən karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.

Fransa

İspaniya aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada altıncı yerdədir - burada Covid-19-a 37575 nəfər yoluxub.

Lakin virusdan ölənlərin sayına görə isə ölkə bir pillə yuxarıda olan Almaniyanı xeyli qabağlayıb: Fransada Covid-19-dan ölənlərin sayı 2314 nəfərə çatıb.

İran

Azərbaycanın cənub qonşusu olan İranda koronavirusa yoluxanların sayı 35408 nəfərə çatıb və bu göstəriciyə görə ölkə dünyada yeddinci yerdədir.

Covid-19-dan ölənlərin sayı isə İranda bazar günü səhər 2517 nəfər təşkil edib.

Britaniya

Britaniya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yeri tutur - burada Covid-19-a yoluxanların ümumi sayı 17089 nəfərə çatıb, ölənlərin sayı isə 1019 nəfərdir.

Burada bazar ertəsi günündən başlayaraq əhalidən üç həftə evdə qalmaq istənilib.

Onlar yalnız "tamamilə zəruri" işə gedib-gələ, nadir hallarda "əsas ehtiyaclar" üçün bazarlıq edə və tibbi səbəb olduğu zaman küçəyə çıxa bilərlər.

Ölkədə iki nəfərdən artıq və ailə üzvü olmayan şəxslərin toplaşması qadağandır.

Türkiyə

Türkiyədə koronavirusa ümumilikdə yoluxanların sayı bazar günü səhər 74023 nəfər təşkil edib. Bu göstəriciyə görə, ölkə dünyada14-cü yerdədir.

Türkiyədə Covid 19-dan ölənlərin sayı isə 108 nəfər təşkil edib.

Rusiya

Rusiyada koronavirusa yoluxmuş insanların sayı 1534 nəfərə çatıb, virus səbəbindən 8 nəfər ölüb.

Moskva Times qəzetinin yazdığına görə, zəngin ruslar koronavirusdan xilas olmaq üçün süni nəfəs aparatları almağa çalışırlar. Nəşrin həmsöhbətlərindən birinin bildirdiyinə görə, 1,8 milyon rubl (təxminən 38 min manat) qiyməti olan bu aparatlar üçün yaranmış növbədə gözləmə vaxtı səkkiz ay çəkə bilər.

Bu cür aparatlar əsasən Çin, İtaliya və Almaniyada istehsal olunur.


Ermənistanda koronavirusa yoluxmuş insanların sayı 424 nəfərə çatıb, virus səbəbindən 8 nəfər ölüb.


Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək tətbiq edilən fövqəladə vəziyyət rejimi bir həftə müddətinə daha da sərtləşdirilib.

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulub.

Xəbərlər