299
Dünya 29 mart — 00:20

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür

Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin dünyasını dəyişir.

Virtualaz.org Amerika KİV-inə istinadən bildirir ki, paramedik qrupunun çağırışları 40 faiz artıb. Təcili yardım şöbəsi gündə 6,5 minə qədər zəng qəbul edir. Görünməmiş zəng axınına görə, 170 nəfəri gözləmə xəttində saxlamaq lazım gəlir.

Nyu-York Yanğınsöndürmə İdarəsinin nümayəndələri vətəndaşları yalnız son dərəcə zəruri hallarda, məsələn, ürək və ya ağciyər problemləri ilə əlaqədar təcili yardım çağırmağa səsləyiblər: “Xahiş edirik, xidmətlərə ən çox ehtiyacı olanlara kömək etməyə imkan verin. 911 nömrəsinə yalnız təcili müalicəyə ehtiyacınız olduqda zəng edin”.

Xatırladaq ki, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450 nəfər təşkil edir. Bu göstərici ilə o, Amerika şəhərləri arasında liderdir.

Xəbərlər