301
Dünya 28 mart — 21:40

Rusiya bütün ölkələrlə sərhədlərini bağlayır

Rusiya bütün ətraf ölkələrlə sərhədlərini bağlayır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Qərara əsasən, ətraf ölkələrlə olan bütün quru, su, çay, avtomobil, piyada keçid məntəqələri, həmçinin Rusiya – Belarus sərhədi müvəqqəti bağlanacaq.

Martın 30-dan etibarən tətbiq olunacaq məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.

Qeyd edək ki, bu cür sərt qərarın qəbuluna ölkədə koronavirusun yüksək sürətlə yayılması və yoluxan şəxslərin sayının artması səbəb olub.

Xəbərlər