329
Dünya 28 mart — 20:00

Tehran Konqres Mərkəzi koronavirusa yoluxanlar üçün xəstəxanaya çevrildi

Tehran Beynəlxalq Konqres Mərkəzi İran ordusu tərəfindən xəstəxana kimi istifadə edilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Mərkəzdə 2 min nəfərin müalicəsi nəzərdə tutulub.

Qeyd edək ki, İranda yeni növ koronavirusa yoluxanların sayı 35 min 408 nəfərdir. Onlardan artıq 2517-si dünyasını dəyişib.

Xəbərlər