177
Dünya 28 mart — 23:12

Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı

Türkiyədə son sutka ərzində daha 16 nəfər koronavirusun qurbanı olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Onun yazdığına görə, son 24 saat ərzində 7 641 test edilib və 1 704 yeni yoluxma qeydə alınıb. 16 xəstənin həyatını itirməsi ilə ölənlərin ümumi sayı 108 nəfərə çatıb, hazırda ölkədə 7 402 nəfər xəstə var. Koronavirusdan sağalan xəstələrin ümumi sayı isə 70 nəfərdir.

Xəbərlər