337
Dünya 28 mart — 16:00

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayırır

İran koronavirusla mübarizəyə və iqtisadiyyata dəyən ziyanın aradan qaldırılmasına 23,8 milyard dollar ayıracaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbbi Tehranda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, sahibkarlara və şirkətlərə 17,87 milyon dallar həcmində güzəştli kredit ayrılacaq ki, onlar fəaliyyətlərini davam etdirsinlər.

Ə.Rəbbi qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait əsasən xəstəxanaların yeni tibbi avadanlıqlarla təchiz olunmasına yönəldiləcək.

İranın “Pishtaz Teb Zaman Diagnostics” şirkətinin rəhbəri Yunis Vahidi koronavirusun müəyyən edilməsi üçün test yaradıb. Bu gün test İranda geniş tətbiq olunur və yoluxan insanlar müəyyən edilir. Artıq 20 ölkədən bu testin alınması haqqında şirkətə sifariş daxil olub. Lakin şirkət testi İranın ehtiyacını tam ödədikdən sonra ixrac etməyə başlayacaq.

Xəbərlər