1061
Dünya 28 mart — 19:15

Rusiyada koronavirusdan müalicə üçün preparat təqdim edildi

Rusiya Federal Tibbi-Biologiya Agentliyi (FTBA) koronovirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün “Mefloxin” preparatını təqdim edib.

Virtualaz.org RTBA-ya istinadən bildirir ki, preparat Çində və Fransada koronavirus infeksiyasının müalicə təcrübəsi əsasında hazırlanıb. “Mefloxin” koronavirusun tsitopatik təsirini bloklayacaq, virusun səbəb olduğu iltihab prosesinin aktivləşməsinin qarşısını alacaq. Bu isə koronavirusa yoluxmuş xəstələri müalicə etməyə imkan verəcək.

*   *   *11:16

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusa qarşı vaksinin yeddi prototipini hazırlayıb.

Bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yeddidən ən təsirli peyvənd prototipini seçməkdir: “Bu iş əvvəlcə kompüter simulyasiya rejimində aparılır. Bazar ertəsindən bütün işlər ikinci dərəcəli infeksiyanın biopatogenləri ilə işləmək üçün sertifikat almış Müdafiə Nazirliyinin Mikrobiologiya Mərkəzi tərəfindən aparılacaq”.

Skvortsova peyvəndin 11 aydan tez hazır olmayacağını vurğulayıb.(“Report”)

Xəbərlər