940
Dünya 27 mart — 02:00

ABŞ koronavirusa yoluxma hallarına görə dünyada birinci yerə çıxdı

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin (81.285 yoluxma) və İtaliyada (80.589 yoluxma), eləcə də dünyanın istənilən ölkəsində olduğundan çoxdur.

Məlimatda o da qeyd edilir ki, ölkədə virusdan 1 000-dən çox ölüm hadisəsi baş verib.

Xəbərlər