534
Dünya 26 mart — 23:56

Lev Leşşenkonun koronavirusa yoluxduğu təsdiqləndi

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşşenkonun koronavirusa yoluxması təsdiqlənib.

“Qazeta.ru”nun verdiyi məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub.

Leşşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi.

O həm də Moskva "Dinamo"sunun Məşvərət Şurasının üzvüdür.

Xəbərlər