294
Dünya 26 mart — 21:14

Ermənistanda koronavirusdan bir nəfər öldü

Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmuş 72 yaşlı şəxs xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ermənistanda indiyədək 290 nəfər koronavirusa yoluxub. Virusa yoluxanlar arasında hərbçilər və məktəblilər də var. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Xəbərlər