515
Dünya 26 mart — 12:36

ABŞ vətəndaşı Ermənistanda virusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanlardan biri ABŞ vətəndaşıdır və onun vəziyyəti çox ağırdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyanın sözlərinə görə, reanimasiyaya yerləşirilmiş həmin şəxsin yaşı 75-dən çoxdur. Ağır vəziyyətdə olan digər şəxs isə Ermənistan vətəndaşıdır.

Xatırladaq ki, bu gün səhərə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə çatıb.

Xəbərlər