408
Dünya 26 mart — 15:13

Türkiyə Ordusu İraqın şimalında daha iki şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində antiterror əməliyyatı aparan birlikləri terrorçuların hücumuna məruz qalıb.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların top atəşi nəticəsində iki hərbçi şəhid olub, ikisi yaralanıb.

Nazirlik onu da vurğulayıb ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.

Xəbərlər