867
Dünya 26 mart — 01:40

Ermənistan ordusunda COVİD-19 yayıldı

Ermənistanı bürümüş COVİD-19 virusu işğalçı ölkənin ordusunda da yayılıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərdən birinin ailəsində təhlükəli virusa yoluxma halı qeydə alınıb. Bundan sonra onlarla əlaqədə olmuş hər kəs nəzarətə götürülüb.

Erməni mənbələri bildirir ki, artıq üç erməni hərbçi də nəzarət altındadır, onlar koronavirusla bağlı testdən keçirilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib.

Ş.Stepanyan bildirib ki, hərbçi ailəsində koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olmuş daha üç hərbi qulluqçu nəzarətə götürülüb. Bundan əlavə, onların xidmət keçdiyi bölük heyət də nəzarətə alınıb və özünütəcrid qərarı verilib. Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər eyni hərbi hissədə və qeyri-döyüş şəraitində xidmət keçirlər.

Son məlumata görə, Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb.

Xəbərlər