319
Dünya 26 mart — 00:33

Hollivud ulduzu Şvartsenegger koronavirusla mübarizəyə 1 milyon bağışladı

Hollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger koronavirus epidemiyasının dünyada sürətlə yayılmasına biganə qalmayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor maddi dəstək olmaqla koronavirusla mübarizəyə töhfə verib. O, koronavirusla mübarizə qurumlarının birinə 1 milyon dollar bağışlayıb.

“Baxıram ki, insanlar hələ də restoranlara gedir. Virusa yoluxmaq istəyirsiniz? Ağıllı davranın və evinizdə qalın”, - deyə o bildirib.

Aktyorun verdiyi ianə tibbi avadanlıqlar və ləvazimatlara xərclənəcək.

Xəbərlər