422
Dünya 28 fevral — 00:05

Türkiyədən yüzlərlə terrorçu deportasiya edilib

2019-cu ilin noyabr ayından bəri, Türkiyə terrorizmdə şübhəli bilinən 250-dən çox əcnəbini deportasiya edib.

Virtualaz.org Anadolu agentliyinə istinadən bildirir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

"2019-cu ilin noyabr ayından bəri, terror təşkilatlarında iştirak etməkdə şübhəli bilinən 253 əcnəbi Türkiyədən qovulub. Türkiyəyə giriş qadağası, terror fəaliyyətində şübhəli bilinən dünyanın 102 ölkəsinin 7.918 vətəndaşına şamil edilib",- deyə Anadolu Soylunun dediklərindən sitat gətirib.

Nazir əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki antiterror əməliyyatları çərçivəsində İslam Dövlətinin 3,5 mindən çox terrorçusu zərərsizləşdirilib.

Virtualaz.org

Xəbərlər