1216
Dünya 27 fevral — 23:11

Alimlər havasız yaşaya bilən canlı aşkarladılar

Alimlər yaşamaq üçün havaya ehtiyacı olmayan çoxhüceyrəli orqanizm aşkar ediblər.

Bu barədə Tel-Əviv Universitetinin press-rezilində deyilir.

Qızılbalıqda tapılan parazitin adı "Henneguya salminicola"dır.

Araşdırma zamanı alimlər parazitdə mitoxodrial genomun olmadığını tədqiq ediblər. Bu o deməkdir ki, orqanizmin yaşaması üçün hava şərt deyil. Daha öncə məhdud oksigen miqdarı şəraitində sağ qala bilən orqanizmlərin olduğu bilinirdi, ancaq bu, tamamilə oksigensiz yaşaya bilən ilk çoxhüceyrəli canlıdır.

“Henneguya salminicola”nın təkamül nəticəsində mitoxondrilərini itirdiyi güman edilir. Araşdırmaçılar onların kəşflərinin nəinki yerdə, həm də kosmik həyat anlayışına da təsir edəcəyinə əmindirlər.

Xəbərlər