381
Dünya 26 fevral — 19:50

İstanbulda terakt cəhdinin qarşısı alındı

İstanbulda terror aktı törətməyə cəhd edən səkkiz nəfər saxlanılıb.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, saxlanılan şəxslərin PKK terror təşkilatına üzv olduqları və Türkiyəyə saxta sənədlərlə gəldikləri bildirilir. Onların aralarında qadınlar da var.

Terrorçuların saxlanılması istiqamətində aparılan əməliyyat zamanı 5 ünvanda 10 kiloqram partlayıcı maddə və silah-sursat ələ keçirilib.

Xəbərlər