487
Dünya 26 fevral — 22:50

İraq 6 ölkənin vətəndaşlarına viza verməyəcək

İraq qonşu İranla yanaşı, Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İtaliya və Sinqapur vətəndaşlarına viza verməyi dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar bu ölkələrin yalnız diplomatları və rəsmi nümayəndə heyətlərinə şamil edilməyəcək.

“Report” xatırladır ki, İraqda koronavirusa yoluxanların sayı 6 nəfərdir.

Xəbərlər