923
Dünya 23 fevral — 16:28

Türkiyədə zəlzələ zamanı ölən və xəsarət alanların sayı artdı

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Nazir qeyd edib ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 37 nəfərə çatıb.

Daha əvvəl zəlzələ zamanı 8 nəfərin öldüyü, 21 nəfərin xəsarət aldığı bildirilirdi.

*  *   *12:53

İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Van şəhərində insan tələfatına və dağıntılara yol açıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, Vanın Başkale rayonunda kərpic evlər uçub. Zəlzələ nəticəsində 8 nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə bildirib ki, dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir.

Dağıntılar altında qalan insanlar çıxarılarkən o da məlum olub ki, xeyli sayda heyvan da tələf olub.

Xatırladaq ki, bu gün səhər yerli vaxtla saat 09:22 dəqiqədə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ baş verib.

Xəbərlər