449
Dünya 23 fevral — 10:23

Çində koronavirus qurbanlarının sayı 2 400 nəfəri ötdü

Çində koronavirusdan ölənlərin sayı artıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 76 936 nəfərə çatıb, onlardan 2 442-i ölüb, 22 888 nəfər isə sağalaraq evə buraxılıb.

Məlumata əsasən, son sutka ərzində 648 yeni yoluxma halı qeyd olunub, 2230 nəfər sağalaraq evə buraxılıb, 97 nəfər isə ölüb.

Xəbərlər