478
Dünya 22 fevral — 23:53

Qazaxıstanda onlarla etirazçı saxlanıldı

Almatı şəhərində polis onlarla etirazçını saxlayıb.

Bu gün “Astana” meydanında Qazaxıstanın Demokratik Partiyası fəallarının, eləcə də ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının tərəfdarlarının mitinqi keçirilməli imiş.

Müxtəlif məlumatlara əsasən, ümumilikdə 50-dən 70-dək etirazçı saxlanılıb. Nəticədə meydana Demokratik Partiyanın yalnız kiçik qrupu gəlib çıxa bilib.

Xəbərlər