536
Dünya 22 fevral — 22:57

Türkiyə İdlibdə şəhid verdi

İdlibdə Türkiyə hərbçisi şəhid olub.

Virtualaz.org türk KİV-lərinə istinadən bildirir ki, bu barədə Qaziəntəp əyalətinin hökuməti Tvitterdə məlumat verib.

“Əsəd rejiminin gücləri tərəfindən İdlib rayonunda buraxılan bombanın partlaması nəticəsində hərbçimiz həyatını itirib”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, son günlər Suriyada vəziyyət son dərəcə gərgindir. Gərginliyə səbəb türk yönümlü silahlıların Suriya şəhərlərini atışmaya tutmasıdır.

Xəbərlər