473
Dünya 22 fevral — 19:51

Maykl Blumberqin görünməmiş reklam kampaniyası

Nyu York şəhərinin keçmiş meri, milyarder Maykl Blumberq prezident seçkilərində iki praymerini ötürdükdən sonra ilk dəfə olaraq bu həftə Las Veqasda Demokrat namizədlərin debatına qatılır. Blumberq namizədliyini irəli sürəndən televiziya və sosial mediada siyasi reklama artıq milyonlarla dollar vəsait sərf edib.

Keçmiş prezident Barak Obama hələ heç bir namizədə dəstəyini bildiməyib, lakin Maykl Blumberq reklamında Obamanın onu dəstəklədiyinə işarə edir.

Blumberq Demokrat partiyasından nominasiya almaq üçün Amerika mediasında görünməmiş reklam kampaniyası aparır.

İkipartiyalı Siyasət Mərkəzinin təhlilçisi Con Fortiyer: “Onun artıq seçkilərdə namizədlərin hamısından və 2016-cı ildə bütün seçki prosesində olduğundan daha çox reklamı göstərilib.”

Nyu York şəhərinin keçmiş meri və biznes nəhəngi olan Blumberq reklamlara 300 milyondan çox maliyyə sərf edib. O, martın 3-ü Super Çərşənbə (12 ştatda bir gündə keçirilən praymeri-red.) praymerilərindən öncə daha 300 milyon dollar sərf etməyə hazırlaşır. Bu, onun 60 milyardlıq sərvətinin yalnız 1 faizindən azını təşkil edir.

Brukinq institutunun təhlilçisi Darrel Vest: “Bunun kimi maliyyə gücünü nəzərə almamaq mümkün deyil.”

Blumberq pizza yeməkdən tutmuş silah zorakılığına qədər 185 mövzuda siyasi reklam hazırlayıb.

Third Way Araşdırma Mərkəzinin təhlilçisi Cim Kessler: “Mən bu reklamlara baxdım. Bunlar yaxşı reklamlardır. Maliyyəsi olan digər namizədlər pul sərf edir və onu düzgün xərcləmir. O, göründüyü kimi, pulu ağılla xərclyir.”

Bu reklamlar sayəsində bəzi rəy sorğularında Maykl Blumberq Demokrat namizədlər arasında üçüncü yerə keçə bilib.

Televiziya, radio və sosial mediada reklam sayına baxmayaraq, o, digər Demokrat namizədləri tənqid etmir.

Bunun əvəzinə, Blumberq yalnız prezident Donald Trampı öz hədəfinə çevirib və reklamlarında Trampın çox vaxt özünün dediyi sözləri onun əleyhinə işlədir. Blumberq prezident Trampı hədəf alan reklam kampaniyasını Demokrat Partiyasından prezidentliyə nominasiya olunmasa da, davam etdirəcəyinə söz verib.

Xəbərlər