818
Dünya 22 fevral — 22:30

Əmirliklərdə koronavirusa yoluxanların sayı artır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi yeni növ koronavirusa yoluxma ilə bağlı daha iki halın qeydə alındığını açıqlayıb.

Bu barədə xarici KİV-lər xəbər verir.

Nazirlikdən 70 yaşlı İran vətəndaşı və onun həyat yoldaşının virusa yoluxduğu bildirilib. Hazırda kişinin vəziyyəti qeyri-sabitdir, o, həkim nəzarəti altındadır.

Virusa yoluxmuş insanlarla əlaqədə olanların hamısı yoxlamadan keçiriləcək.

Qeyd edək ki, BƏƏ-də ümumilikdə 13 yoluxma halı aşkarlanıb, 3 nəfər artıq sağalıb, dünyada isə bu infeksiyadan ölənlərin sayı 2 300-ü ötüb.

Xəbərlər