430
Dünya 19 fevral — 23:42

ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad etdi

ABŞ Çindən idxal olunan 47 növ malı 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş əlavə rüsum siyahısından çıxarıb.

Federal Reyestrin elektron bazasında yerləşdirilən məlumatda bildirilir ki, bu il avqustun 7-dək rüsumlardan azad edilən mallar arasında süni və pambıq parçalar, səyyar elektrik plitələr, yanacaq filtrləri, elektron tərəzilər, lotereya bileti satan cihazlar, dəyişən cərəyanla işləyən mühərriklər, kabel şəbəkələri üçün güc mənbələri, taxta uşaq çarpayıları, kamin bəzəkləri var.

Bu addımın səbəbləri arasında həmin mallardan bəzilərinin yalnız Çində istehsal olunması da var.(“Report”)

Xəbərlər