856
Dünya 19 fevral — 15:33

Paşinyan yüksək vəzifəli hərbçinin işdən çıxarılmasına nail oldu

Ermənistanın Hərbi Polis İdarəsinin rəisi general-mayor Artur Baqdasaryan vəzifəsindən azad edildi.

Virtualaz.org erməni KİV-nə istinadən xəbər verir ki, prezident Armen Sarkisyan baş nazirin təklifi ilə sərəncam imzaladı.

Baqdasaryan bu vəzifəyə 2017-ci ilin mayında təyin edilmişdi.

*   *   *15:14

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyandan silahlı qüvvələrin iki vəzifəli şəxsini işdən çıxarmaq təklifi alıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bunlar Ermənistan hərbi polisinin rəisi Artur Baqdasaryan və silahlı qüvvələrin mənəvi psixoloji idarənin rəisi Aleksan Aleksanyandır.

Prezident baş nazirin təklifini üç gün ərzində imzalaya bilər.

Xəbərlər