406
Dünya 19 fevral — 15:28

Qazaxıstanda kütləvi dava

Xəbər verdiyimiz kimi, fevralın 7-dən 8-nə keçən gecə Qazaxıstanın cənubundakı Korday rayonunda kütləvi dava olmuşdu. Nəticədə 10 nəfər ölmüş, 50 nəfər yaralanmışdı.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, kütləvi qarışıqlıqdan sonra hüquq-mühafizə orqanları 90 cinayət işi açıblar.

Qazaxıstan Daxili İşlər nazirinin müavini Marat Qocayev jurnalistlərə açıqlamasında bildirib ki, indiyədək yüzlərlə adam dindirilib: “Hazırda prosessual fəaliyyət həyata keçirilir. Cinayət işləri çoxdur, onların sayı artır”.

Xatırladaq ki, kütləvi dava yoldakı münaqişə səbəbindən baş vermişdi, lakin təxribatçılar onu beynəlxalq səviyyəyə çatdırıblar.

Onu da qeyd edək ki, kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.

Xəbərlər