294
Dünya 19 fevral — 10:58

Tramp: Bu məsələ üzərində Ərdoğanla birlikdə işləyirik

ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib şəhəri ilə bağlı məsələ üzərində türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla birgə işlədiyini bildirib.

RİA Novosti xəbər verir ki, Tramp Ərdoğanla çox yaxşı danışıqların baş tutduğunu qeyd edib.

“O sərt adamdır, lakin bizim yaxşı münasibətlərimiz var...o, orada onminlərlə, yüzminlərlə insanın qətlə yetirilməsini istəmir”, - deyə ABŞ Prezidenti əlavə edib.

Xatırladaq ki, fevralın 17-si dövlət başçıları arasında telefon danışığı olmuşdu.

 

Xəbərlər