637
Dünya 19 fevral — 01:16

Çin vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyuldu

Rusiyanın Baş Naziri Mixail Mişustin Çin vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyan sərəncam imzalayıb.

“İnterfaks” xəbər verir ki, çinlilərin turizm, işgüzar və digər məqsədlərlə Rusiyaya girişinə fevralın 20-dən etibarən icazə verilməyəcək.

Qeyd edək ki, qərarın qəbul edilməsinə səbəb Çində koronavirusun sürətlə yayılmasıdır.

Xəbərlər