637
Dünya 18 fevral — 18:44

Gürcüstan spikeri SSRİ-nin himni altında çıxış etdi

Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin çıxışı zamanı meqafon vasitəsilə SSRİ-nin himni səsləndirilib.

RİA Novosti xəbər verir ki, müxalifət partiyalarının nümayəndələri bununla İrakli Şotadzenin Baş prokuror seçilməsinə etiraz ediblər.

Etirazlara baxmayaraq, parlament Şotadzeni Baş prokuror vəzifəsinə təsdiq edib.

Onu da qeyd edək ki, müxalifətin iclasda görünməsi və himnin səslənməsi spikerin və əksər deputatların gülüşünə və alqışlarına səbəb olub.

Xəbərlər